"Barselona"da ciddi itki

13 октября 2018 23:13

Day.Az представляет новость на азербайджанском языке

"Barselona"nın və Belçika millisinin futbolçusu Tomas Vermalen sıradan çıxıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasıda İsveçrə ilə matçda zədələnən 32 yaşlı müdafiəçinin dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, o, La Liqada "Sevilya", "Real" və Çempionlar Liqasında "İnter"lə oyunları buraxacaq.

 

Qeyd edək ki, Belçika - İsveçrə oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!