Cəbəllütariq səfərdə Ermənistanı məğlub edib

Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci dəfə məğlub olub.

Day.Az "Report"a istinadən bildirir ki, Ermənistan yığması qrup mərhələsinin 3-cü turunda İrəvanın "Respublika" stadionunda FİFA reytinqində 198-ci pillədə qərarlaşmış Cəbəllütariq millisinə sensasiyalı şəkildə uduzub.

Oyunun 50-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Cəbəllütariqin "Linkoln Red İmps" klubunda çıxış edən müdafiəçi Jozef Çipolina olub.

Cəbəllütariq millisi 4-cü qrupun potensial autsayderi hesab edilirdi.

Ermənistan millisi Millətlər Liqasının ilk matçında Lixteynşteyni 2:1 hesabı ilə məğlub edib, ardınca isə Makedoniyaya 0:2 uduzub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.