Azərbaycan Maltaya qarşı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu

20:00. Farer adaları - Kosovo

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz