Şəkidə dostlarından bəyə qeyri-adi sürpriz

Day.Az представляет новость на азербайджанском языке

Şəkidə dostları bəyə qeyri-adi sürpriz ediblər. Onlar kənddəki bütün traktorları bəzəyərək toy karvanına qoşulublar. Bəyin isə bu sürprizdən yolda traktorlarla qarşılaşdıqda xəbəri olub.

Traktorları bayraq və şarlarla bəzəyərək toy karvanına qoşuldular...

Qeyri-adi toy karvanı Şəkidə təşkil edilib. Rayonun Öryət kənd sakini Ümid Əsgərovun toyunda dostları ona sürpriz hazırlayıblar. Onlar Ümidin özünün də tarktorçu olduğunu nəzərə alaraq toy günü kənddəki bütün traktorları toplayıblar. Bəyin dostları traktorları bəzəyərək toy karvanına qoşulmaq qərarına gəliblər.

Ümid Əsgərovun qeyr-adi bu toy karvanından xəbəri olmayıb. Yalnız küçədə bəzədilmiş traktorlar gəlini maşını ilə rastlaşdıqda məsələnin nə yerdə olduğunu anlayıb. Traktorlar kənddən 10-15 kilomterlik məsafədə, rayon mərkəzində yerləşən şadlıq sarayına qədər gəlin maşınını müşayiət ediblər. Dostlarının bu qeyri-adi sürprizi bəyin də ürəyincə olub.

Dostlar toydan sonra da gəlin maşınını kəndə qədər müşayiət ediblər..

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Şəkidə dostlarından bəyə qeyri-adi sürpriz