Qeyri-neft sektorunda son 15 ildə ciddi irəliləyişlər baş verib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycandaqeyri-neft sektorunda son 15 ildə ciddi irəliləyişlər baş verib. Qeyri-neft sektorunun inkişafında ölkədə aparılan institusional dəyişikliklər də önəmli rol oynayıb. Məqsədyönlü islahatlar nəticəsində iqtisadiyyatda neftin payı indi cəmi 35 faiz təşkil edir.

Son 15 ildə Azərbaycanda bir çox sahələrdə olduğu kimi iqtisadiyyyatın neftdən asılılığın azaldılması istiqamətində ciddi və çoxsaylı işlər görülüb. İqtisadiyyatda qeyri-neft sektorunun payının artırılmasına hesablanan məqsədyönlü addımlar nəticəsində böyük uğurlar qazanılıb. Bu makroiqtisadi göstəricilərdə də özünü biruzə verməkdədir.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə qeyri-neft sektorunun inkişafında ölkədə aparılan institusional dəyişikliklər də önəmli rol oynayıb. Belə ki, bu sahədə maliyyə imkanlarına çıxışın yaxşılaşdırılması biznes dairələrinin fəaliyyətinin genişlənməsinə səbəb olub.

Qeyri-neft sektorunun inkişafı üçün dövlətin həyata keçirdiyi əsas tədbirlərdən biri də geniş miqyaslı infrasktruktur layihələrinin icrasıdır.

Rəşad Həsənovun sözlərinə görə ölkədə aqroparkların, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri üçün logistik imkanların təmin edilməsi, nəhəng sənaye parklarının yaradılması Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ən vacib amillərdir. İqtisadiyyatın 11 sahəsini əhatə edən strateji yol xəritələrinin hazırlanması və bu istiqamətdə yaxın, orta və uzun müddətli konkret addımların atılması qısa zamanda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının daha da artmasına səbəb olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qeyri-neft sektorunda son 15 ildə ciddi irəliləyişlər baş verib