Havalar artıq soyumağa başladı: Kombi satışı artdı

Day.Az представляет новость на азербайджанском языке

Havaların soyuması ilə isitmə sistemləri bazarında canlanma yaşanır. Xüsusilə də kombilərə maraq çoxdur. Yay aylarına nisbətən isə qiymətlər artıb.

Havaların soyuması kombi bazarına da təsir edib. Satıcıların dediklərinə görə, ötən aylarla müqayisədə alıcı sayı artıb.

Hazırda satışda olan kombilər əsasən Türkiyə, İtaliya, Ukrayna və Çində istehsal edilir. Qiymətləri isə istehsal edildiyi ölkəyə, firmasına və funksiyalarına görə dəyişir.

Daha böyük mənzillər üçün nəzərdə tutulan kombilər 700-1400 manata təklif olunur. Satıcıların sözlərinə görə, kombi radiatorlarının qiymətləri də əsasən istehsalçı ölkəyə görə dəyişir.

Kombilər 2 və 3 illik zəmanətlə təklif olunur. Zəmanət dövründə hər hansı bir detalı sıradan çıxarsa bunu servis xidməti özü dəyişir.

Mənzilin kombi sistemi ilə təmin edilməsi ortalama 1000-1800 manata başa gəlir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Havalar artıq soyumağa başladı