Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib - TƏFƏRRÜAT - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Taksi sifarişi edən paytaxt sakini qəribə vəziyyətlə üzləşib.
Day.Az bildirir ki, Raciv Nizamov adlı vətəndaş taksi xidməti göstərən şirkət tərəfindən aldadıldığını iddia edir. Məsələ ondadır ki, Nizami rayonu, Nəsimi küçəsi 32 ünvanından Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmək üçün şirkətlərdən biri ilə əlaqə saxlayır.
Vətəndaş istədiyi ünvana çatdıqdan sonra gediş haqqını ödəyərkən bir anlaşılmazlıq ortaya çıxıb. Vətəndaşdan baqaja qoyduğu yükə görə də ödəniş hesablanıb.
Raciv Nizamov şirkət tərəfindən sürücü və ona göndərilən gediş haqqı məbləğlərinin niyə fərqli göstərilməsini və daşıdığı yükə görə əlavə ödənişin niyə tələb olunmasını aydınlaşdırmaq istəyir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре