Pomidor ucuzlaşıb

Day.Az представляет новость на азербайджанском языке

Son bir neçə gündə bazarlarda pomidorun qiymətində ciddi enmə müşahidə edilir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, təxminən 10 gün əvvəl kiloqramı 2-3 manata satılan pomidorun qiyməti indi 1 manatdan da aşağıdır.
Satıcılar qiymətin enməsini bolluqla və pomidorun Rusiya bazarlarına çıxarılmaması ilə əlaqələndirirlər.

Qiymətlərin enməsi bazarlarla yanaşı, mağazalarda da özünü göstərir.

Satıcıların sözlərinə görə, bundan sonra qiymətlərin daha da düşməsi gözlənilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Pomidor ucuzlaşıb