Torpaqların hamarlanması lazer-ütü üsulu ilə aparılır

Day.Az представляет новость на азербайджанском языке

Sabirabadda torpağın hamarlanması lazer-ütü üsulu ilə aparılır. Bu da aqrotexniki qulluqda həm işləri asanlaşdırır, həm də məhsuldarlığı artırır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, sabirabadlı fermer Bəydabə Vəliyev bu texnikadan istifadə edərək yüksək nəticə əldə etdiyini deyir. Fermer qeyd edir ki, lazer-ütü "Aqrolizinq" tərəfindən ölkəmizə gətirilsə də, əvvəllər fermerlər bu texnika barədə məlumatsız olduqlarından ona elə də maraq göstərməyiblər. Lakin sonradan vəziyyət dəyişib.

Fermerin sözlərinə görə, texnikanın əsas iş prinsipi lazer vasitəsi ilə 400 metr məsafədə ərazinin relyefini müəyyən edir və müvafiq ölçü tutaraq bütün sahəni lazer vasitəsilə eyni səviyyədə hamarlayır. Nəticədə yerin münbit qatı bərabər şəkildə paylanır və ən əsası suvarma işi asanlaşır.

Bəydabə Vəliyev deyir ki, son vaxtlar müsbət nəticə əldə olunandan sonra bu avadanlığa tələbat artıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Torpaqların hamarlanması lazer-ütü üsulu ilə aparılır