Xəyyamla Röya niyə küsüb?

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Röya Ayxanla müğənni Xəyyam Nisanovun küsmə səbəbi məlum olub. 

Day.Az qafqazinfo-ya istinadən  xəbər verir ki, illərdir dostluq edən sənətçilər mahnı üstündə münasibətlərini bitiriblər.

Belə ki, Röya Xəyyamla ifa etdiyi "Sənə ehtiyacım var" mahnısını tək oxumaq istəyib. Amma qarşı tərəf bəstənin duet layihəsi olduğunu bildirərək əməkdar artistə etirazını bildirib. 

Bundan sonra hər iki tanınmış şəxsin münasibətləri korlanıb. Hətta Röya Xəyyamın etirazını qəbul etməyərək sözügedən mahnını solo ifa edib, rəsmi "Youtube" səhifəsində yerləşdirib. 

Qeyd edək ki, "Sənə ehtiyacım var" layihəsi 2014-cü ildə ərsəyə gəlib.  Röya həmin mahnını elə həmin ildə solo olaraq ifa edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.