“Məndən xəbərsiz kimsə kiməsə qadağa qoya bilməz”

Day.Az представляет новость на азербайджанском языке

"Mahnının haqq sahibi hər zaman bəstəkardır. Məndən xəbərsiz kimsə kiməsə qadağa qoya bilməz. O nəğmə, həm Xəyyamın, həm də Röyanındır". 

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni-bəstəkar Murad Arif deyib. O, əməkdar artist Röya Ayxan və Xəyyam Nisanovun müəllifi olduğu "Sənə ehtiyacım var" mahnısına görə küsmə xəbərini təkzib edib. 

M. Arif bildirib ki, iki məşhurun münasibətlərinin bitmə səbəbi başqadır: "Arada küslük varsa da, mahnımla əlaqəsi yoxdur. Mənim üzərimdən, kimsə Murad Arif nəğməsiylə bağlı tələb irəli sürə bilməz. O nəğməni 2014-cü ildən etibarən həm Xəyyam, həm də Röya solo versiyada yazdırdı.

Hətta, Röya albomuna da "Sənə ehtiyacım var" adını verdi. Təkrar edirəm, mahnı bölgüsü söhbəti tamamiylə yalnışdır. O nəğmənin hüquqları məndədir. Hər iki dostum da, ata malı kimi, istədikləri formada oxuya bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz