Azərbaycanlı aktrisa "Təhminə və Zaur" filmindən danışdı

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Raksana İmir "Təhminə və Zaur" filmində çəkilib. O, özü bu haqda Milli.Az-a açıqlama verib:

"Serialda Kəmalə Müzəffərin qızı obrazındayam. Ekran işində adım Nəfəsdir. Nəfəs anası tərəfindən atılan bir obrazdır. Atası qıza anasından çox pis şeylər danışıb. Nəfəs anasını istəmir, sadəcə olaraq məcburiyyətdən anası ilə yaşayır" deyə aktrisa bildirib.

Qeyd edək ki, ekran işinin rejissoru Sain Qəhrəmandır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.