Xarakter oxşarlığı münasibətlərdə nə qədər əhəmiyyətlidir?

Day.Az представляет новость на азербайджанском языке

Araşdırmalar ər-arvadın şəxsiyyət xüsusiyyətləri baxımından oxşarlıq dərəcəsinin xoşbəxtliklərinə təsir edə biləcəyini göstərir.

Ancaq bu ümumi bir qayda olaraq ifadə edilməyəcək qədər qarışıq bir məsələdir.

Tək yoldaşlı bir çox canlı üzərində aparılan araşdırmalar oxşar məlumatları özündə birləşdirir: Ər-arvadın bir-birinə bənzəməsi müsbət təsir göstərir.

Cütləşən heyvanların davranışları oxşardırsa, reproduktiv müvəfəqiyyətin daha yüksək olduğu məlum olub.

İnsani cəhətdən də ər-arvadın bir-birinə bənzəməsi müsbət nəticələrə gətirib çıxarır.

Psixoloqlar və digər mütəxəssislər bu oxşarlığın faydalı olması fikrini uzun müddətdir ki, müdafiə edirdilər, çünki bu vəziyyətdə insanların eyni hədəfləri, dəyərləri və həyat prinsiplərini bölüşmək ehtimalı artır.

Lakin bu fikir məntiqi olaraq doğru olsa da, illər ərzində bu mövzuda aparılan araşdırmalardan müsbət nəticə əldə edilməyib.

Amsterdam Universitetinin psixoloqları bunun səbəbini tapdıqlarına, ər-arvadın bir-birinə bənzəməsinin xüsusilə "uyğunluq" xüsusiyyəti baxımından təsirli olduğuna inanırlar.

xarakter, oxoxşarlıq, xarakter oxşarlığı, münasibətlər

Ən əhəmiyyətli ünsür bəlkə də ortaq mənlik hissinə hansı dərəcədə sahib olmağınızdır

Şəxsiyyətlə yanaşı digər amilləri təhlil edən başqa araşdırmalarda da ortaq siyası fikir, yatıb-qalxmaq saatı kimi mövzularda bənzərliyin əhəmiyyət daşıdığı ortaya çıxıb.

Amma bənzərlikdən daha mühüm olan şey ər-arvadın hansı dərəcədə ortaq bir şəxsiyyət hissi inkişaf etdirmələri ilə bağlıydı.

Daha əvvəl aparılan araşdırmalarda fərqli şəxsiyyət xüsusiyyətləri baxımından ər-arvadın vəziyyəti və bunların təsirlərinə bir-bir baxmaq yerinə daha vahid bir yanaşma qəbul edilmişdi.

Məsələn, sağlam düşüncə sahibi olan hər kəs bilir ki, ər-arvadın hər ikisi də etibarlılıq və məsuliyyət xüsusiyyəti baxımından inkişaf etdiyində bənzərlik müsbət və faydalı olacaqdır.

Amma cütlüklərdən birində bu xüsusiyyət az olduğu təqdirdə, digər cütün ondan fərqli olması müsbət bir tarazlayıcı təsir göstərəcəkdir.

Amsterdam Universitetindəki tədqiqatçılar uzun müddətdir ki, evli olan amerikalı minlərlə cütlüklə bağlı şəxsiyyət, xoşbəxtlik və münasibətdə məmnunluq məlumatlarını nəzərdən keçirmiş, bu zaman da hər ər-arvadın beş əsas şəxsiyyət xüsusiyyəti ilə bağlı nisbi ballarını nəzərə almışdı.

xarakter, oxoxşarlıq, xarakter oxşarlığı, münasibətlər

Bütün şəxsiyyət xüsusiyyətlərinin üst-üstə düşməsi çox vaxt müsbət nəticələr verməz

Keçmişdə aparılan araşdırmalarda əldə edilən məlumatlara paralel olaraq cütlüklərin rifahı baxımından ən mühüm təsir fərdi ər-arvadın şəxsiyyətləriydi.

Cütlüklərdən biri və ya ikisi də daha uyğun, məsuliyyətli və emosional balanslı olduqda fərdlərin daha xoşbəxt olduğu məlum olub.

Lakin keçmişdəki araşdırmalardan fərqli olaraq bütün hekayə bundan ibarət deyildi.

Bir-birinin xüsusiyyətləri baxımından ər-arvadın müqayisəsi də mühüm idi.

Bir-biriylə tamamilə eyni şəxsiyyət xüsusiyyətlərinə sahib olmaq üstünlük təşkil edən bir vəziyyət deyildi.

Məsələn, ər-arvadın ikisinin də eyni dərəcədə kənara meylli olması cütlüyün ümumi rifah baxımından ideal bir vəziyyət yaratmırdı: birinin digərindən daha çox kənara meylli olması ən azından ümumi rifah baxımından daha yaxşı nəticə verirdi.

xarakter, oxoxşarlıq, xarakter oxşarlığı, münasibətlər

Yeni təcrübələrə açıq olmaq baxımından ər-arvadın bir-birinə bənzəməsi münasibətə müsbət təsir göstərir

Etibarlılıq və məsuliyyət xüsusiyyəti az olan insanlarda bənzərlik müsbət nəticə vermirdi: ər-arvaddan birində məsuliyyət hissinin digərindən bir az artıq olması daha yaxşı idi.

Bu baxımdan tək istisna, amma sadəcə qadınlar baxımından uyğunluq xüsusiyyətində qəbul edilirdi.

Başqalarına etibar etmək və başqalarını daha çox başa düşməklə bağlı bu xüsusiyyət baxımından bənzərliyin böyük olması ideal bir vəziyyətdir və qadınlar tərəfindən münasibətlərdə dəstəklənmək hissini artırırdı.

Təcrübəyə açıq olmaq xüsusiyyəti baxımından nəticələr azca qarışıq olsa da oxşar bir təsirə malikdir.

Ər-arvadın bu baxımdan oxşarlığı sayəsində "aralarında daha az münaqişə" və dolayısı ilə münasibətdə daha yüksək səviyyəli sülh ola bilərdi.

Son vaxtlarda Almaniyada aparılan başqa bir araşdırma da buna oxşar nəticələr verib.

Bu araşdırmada ər-arvadın bənzərlik səviyyəsi ilə münasibətlərinin davamlılığı arasında bir əlaqə olub-olmadığı nəzərdən keçirilib. İnsanların rifah və dəstəklənmək hissi qarşısında bu bəlkə də daha obyektiv bir dərəcə olaraq qəbul edilə bilər.

xarakter, oxoxşarlıq, xarakter oxşarlığı, münasibətlər

Tərk edilmək narahatlığı yaşayanlar üçün həyat yoldaşına bənzəmək bu hissin aradan qaldırılmasında faydalı ola bilər

5 min alman cütlüyü arasında şəxsiyyət xüsusiyyətləri ilə bağlı bir sorğu keçirilib və 5 il ərzində onlar müşahidə edilib. Təcrübəyə açıq olmaq baxımından oxşar xüsusiyyətləri paylaşan cütlüklərin daha uzun müddət bir yerdə olduqları məlum olub.

Yeni təcrübələrə açıq olmaq xüsusiyyəti eyni səviyyələrdə olan ər-arvad münasibətlərində qadınların fayda gördüyünü göstərən başqa araşdırmalar da var.

Beş əsas şəxsiyyət xüsusiyyətindən başqa oxşarlıqların da vacib olduğunu göstərən məlumatlar da var.

Varşava Universitetində aparılan bir araşdırmada ər-arvadın yuxu rejimində bənzərlik olmasının qadınları münasibətlərdə daha xoşbəxt etdiyi məlum olub.

Bundan başqa günün hansı saatında intim münasibətdə olmaq mövzusunda ortaq razılaşma ər-arvad baxımından daha məmnunedici olurdu.

Yenə başqa bir araşdırmada qadınların partnyorları ilə ortaq siyası fikirlərə sahib olmasıyla yanaşı ər-arvadın hər ikisinin də azad və müstəqil olmağa eyni dərəcədə dəyər verməsinin münasibətdə daha xoşbəxt olmalarını təmin etdiyini göstərib.

xarakter, oxoxşarlıq, xarakter oxşarlığı, münasibətlər

Ər-arvadın ortaq siyasi fikirlərə sahib olması onları daha xoşbəxt edə bilər

Bu araşdırmalar partnyorların oxşarlıqları üzərində mümkün olan qədər obyektiv bir şəkildə konsentrasiya olmağa çalışır. Ancaq insanın partnyoru haqqındakı subyektiv hissi və emosiyaları da münasibətə baxışda böyük əhəmiyyət daşıyır.

Psixoloqlar insanın partnyoru ilı ortaq şəxsiyyət hissinin təsirlərini təhlil edib. Bəzi mütəxəssislər bu hissə "şəxsiyyət birləşməsi" adını veriblər.

Araşdırmalar, öz mənlik hisslərinin balanslı bir şəkildə həyat yoldaşlarınınkı ilə birləşdiyini düşünən fərdlərin münasibətə daha inamla baxdığını və problemlər çıxdığında daha konstruktiv yanaşdıqlarını göstərir.

Qisaca yekunlaşdırsaq: münasibətlərdə ər-arvadın oxşarlığı əhəmiyyətlidir. Bunun necə təsir edəcəyi cinsiyyətə, mövzumuz olan şəxsiyyət xüsusiyyətlərinə və insanın sadiqlik tərzinə bağlıdır.

Ancaq bu təsirlər ümumi bir qayda olaraq ifadə edilməyəcək qədər qarışıqdır.

Öz şəxsiyyət xüsusiyyətlərinizə oxşayan bir partnyor tapmağınız lazımdır kimi bir tövsiyyə edə bilmədiyimiz kimi, bənzərliyin əhəmiyyətli olmadığını iddia etmək də doğru olmayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.