Sürüşmə zonasında aktivlik dinamikası dəyişməyib

Day.Az представляет новость на азербайджанском языке

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında aktivlik dinamikası dəyişməz olaraq qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib.

Qeyd olunur ki, indiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.