TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb

Day.Az представляет новость на азербайджанском языке

Albaniyada Trans-Adriatik boru kəmərinin (TAP) 105 kilometrlik dənizdən keçən sahəsinin tikintisi üzrə işlər başlayıb.

Day.Az bildirir ki, bu barədə Trend TAP AG konsorsiumuna istinadən məlumat verir.

Bu sahədə tikintinin 2019-cu ildə, TAP qrafikinə uyğun olaraq başa çatdırılması planlaşdırılır.

Bundan başqa, qeyd olunub ki, TAP layihəsinin 80 faizdən çoxu başa çatdırılıb və işlər bütün standartlara uyğun həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.