Avropanın ən ucuz qış xizək kurortu

Day.Az представляет новость на азербайджанском языке

"Lonely Planet" turizm bələdçisi nəşri Bolqarıstanın Bansko kurortunu Avropanın ən ucuz dağlıq xizək kurortu elan edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Banskoda altı günlük istirahət orta hesabla 460 avro təşkil edir. Ucuzluğuna görə, ikinci yeri İtaliyanın Pyemonte, üçüncü yeri isə Sloveniyanın Krasna Qora kurortları qərarlaşıb. İlk beşliyi İsveçin Vemdalen və Avstriyanın Rauris kurortları tamamlayıblar.

Hesabatın hazırlanmasında xizəklə sürüşmək üçün icazə, xizəklərin kirayəsi, dağüstü kafe və restoranlarda naharın və içkilərin qiyməti nəzərə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.