Canlı yayım edib arvadının "18+" görüntülərini göstərdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Ərzurum rayonunda xəyanət etdiyini düşündüyü arvadının çılpaq görüntülərini sosial şəbəkədə canlı yayım edərək təqibçilərinə göstərib. 
 
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, S.Ö.-nün (32) yataq görüntülərini "Scope"dən canlı yayımlayan İ.O.-nun (34) 9 ilə qədər həbsi tələb edilir.

S.Ö. adlı qadın prokurorluğa gedərək boşandığı İ.O.-nun evli olduqları dönəmdə yataq görüntülərini "Scope"dən canlı yayımladığını bildirib. S.Ö. ərinin onun mobil nömrəsini də sosial şəbəkədə yazdığını qeyd edib.

İstintaqı yekunlaşdıran prokurorluq S.Ö.-nün keçmiş həyat yoldaşının 9 ilə qədər həbsini tələb edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.