Amaliya Pənahovanın kinodakı rolları

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Amaliya Pənahova vəfat edib.

 

Bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb. O, sosial şəbəkə hesabından bunları yazıb:

"Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanım... Əlim gəlmir yazmağa".

Qeyd edək ki, əməkdar artist profilinə də xalq artistinin fotosunu əlavə edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Day.Az vəfat edən xalq artistimizin çəkildiyi filmlərdən ibarət videonu təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəkilə klikləyin.
Amaliya Pənahovanın kinodakı rolları