"Qarabağ" - "Vorskla" oyununda bayraq aksiyası təşkil ediləcək

Day.Az представляет новость на азербайджанском языке

"Qarabağ" klubu 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar bu gün Poltavada Ukrayna "Vorskla"sı ilə Avropa Liqasının IV tur oyunu zamanı aksiya təşkil edəcək.

Day.Az "Report"a istinadən bildirir ki, qarşılaşmaya gələn Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunacaq.

Qeyd edək ki, Aleksey Butovski adına stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 24:00-da təşkil olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.