Kaliforniyadakı faciə ilə bağlı dövlət bayraqları endiriləcək

8 ноября 2018 21:26

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində 12 nəfərin ölümü ilə nəticələnən fəciəvi hadisə ilə əlaqədar noyabrın 10-da dövlət bayraqlarını endirmək barədə göstəriş verib.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə Ağ evin Mətbuat xidmətinin məlumatında bildirilir.

"Noyabrın 7-də baş verən dəhşətli hadisənin qurbanlarının xatirəsi üçün Ağ evin, bütün dövlət binalarının üzərindəki dövlət bayraqlarının endirilməsini əmr edirəm", - dövlət başçısının imzaladığı sənəddə qeyd edilir.

Qeyd edək ki, ötən axşam "Borderline Bar and Grill" barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar özü də məhv edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!