Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub.

M.Çavuşoğlu Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzaladıqlarını deyib.

Xatırladaq ki, M.Çavuşoğlu Türkmənistanda ikigünlük səfərdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.