“Ayıb olsun, 15 il mənə dəstək olmadınız” - Kənan MM-dən SƏRT MESAJ - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az bildirir ki, ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi rejissor, aktyor Kənan Mahmudov olub.

Kənan MM onun uğuruna sevinməyənlərə səsləndi:

"Təbrik edib, paylaşmayanlara təəccübləndim. Amma eyni zamanda da sevindim. Ona görə sevindim ki, nə yaxşı mən onlar kimi deyiləm və heç vaxt da olmayacam. Demək istəyirəm ki, ey məni bəyənməyənlər, mən indi, sizi bəyənməyənlərin yanındayam. İndi ad çəkmirəm. Bizim kolleqadandı. Paylaşanda bütün Azərbaycan biləcək. Amma ayıb olsun. Orada məni Kənan MM kimi tanımırlar. Azərbaycanlı kimi tanıyırlar. Məni tanımayan türklərin mənə verdiyi dəstəyi 15 il məni burada tanıyan insanlardan üzücü halda deyirəm ki, görmədim. Bu məni üzdü, incidim. Qonorar isə burdakılardan yaxşıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: