Videosunu çəkdi, yayacağı ilə hədələyib pulunu aldı - Şantajçı "zek"in aqibəti

9 ноября 2018 14:28

Day.Az представляет новость на азербайджанском языке

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər. Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!