"Dedi orada açıq-saçıq səhnələr var..." - Amaliya Pənahovanın əsas arzusu niyə gerçəkləşmədi? - FOTO

9 ноября 2018 21:52

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Amaliya Pənahovanın bir arzusu da filmdə Təhminə rolunu oynamaq idi.

Day.Az bildirir ki, uzun illər öncə teatrda "Təhminə və Zaur" tamaşasında Təhminəni oynayan aktrisa eyniadlı filmdə də çəkilmək istəyib. Aktrisa müsahibələrindən birində bu haqda bildirmişdi:

"Anarın "Təhminə və Zaur"u ürəyimdə qalıb. Oradakı obrazları canlandıran ilk dəfə Fuad Poladovla mən olmuşam. Zaqafqaziya Teatr Festivalında bu obrazlarımıza görə mükafat aldıq. Film çəkilməzdən əvvəl Rasim Ocaqov beş dəfə gəlib tamaşalara baxdı, amma məni sınağa dəvət etmədi. Türkiyədə olarkən Ocaqov mənə dedi ki, sən böyük sənətkarsan. Dedim səndən incimişəm, tamaşalara o qədər gəldin, amma heç sınağa da dəvət etmədin. Dedi orada açıq-saçıq səhnələr vardı, sənə deməyə qorxdum. Dedim onun da həllini tapardıq, istedadlı ifadan çox şey asılıdır", - deyə bildirmişdi.

Aktrisa hətta filmin davamını çəkəcəyini də bildirmişdi:

"Filmin davamını özüm çəkəcəm. Tərəf müqabilim Zauru da seçəcəyik. Bu obrazları Fəxrəddin Manafov, Fuad Poladov, Füzuli Hüseynov canlandırsa da, onların heç birini film üçün seçmərəm. Çünki Zaur Təhminədən gəncdir. Burada baş verənləri hər dövrdə fərqli yozmaq olar. Əsər çox gözəldir. Oradakı faciəni fərqli təqdim etmək lazımdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!