Yunanıstanda avtomobil körpüsü uçub

10 ноября 2018 14:52

Day.Az представляет новость на азербайджанском языке

Yunanıstanın Kavala şəhərində avtomobil körpüsü uçub.

Milli.Az bu barədə report-a istinadən xəbər verir.

Bildirilir ki, uçan hissənin ümumi uzunluğu 15 metr təşkil edib. Körpüdə bu zaman minik avtomobili və avtokran olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunub ki, hadisə 50 tonluq avtokranın körpüyə çıxması nəticəsində baş verib. 

ERT telekanalın məlumatına görə, hərəkət hissəsi bu çəkiyə hesablanmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!