Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanılıb. 

Milli.Az bildirir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz