Yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Milli.Az bildirir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan "Ford Transit" markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz