Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Hakkari əyalətində yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 7 hərbçi həlak olub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib.

Ankarada Atatürkün anım mərasimində çıxış edən prezident Türkiyənin 7 şəhid verdiyini açıqlayıb.

"Hakkaridəki silah anbarında baş verən partlayış nəticəsində 7 övladımız şəhid olub, 25-ə yaxın yaralımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

15 000-dək krediti 15 dəqiqəyə əldə et!