Demokratların əks-hücum planı: Trampa qarşı...

Day.Az представляет новость на азербайджанском языке

Konqresdə çoxluğu əldə edən demokratların Tramp Administrasiyasına qarşı əks-hücum planlaşdırdıqlarına şübhə yoxdur.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Tofiq Abbasov deyib. Politoloq ABŞ-da seçkidən sonra Tramp Administrasiyası ilə demokratlar arasında qarşıdurmanın gərginləşəcəyini bildirib:

"Demokratlar həllini gözləyən bir sıra ciddi məsələləri, xüsusilə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini özlərinin öncül siyasətinin tərkib hissəsinə çevirəcək və Trampın impiçmentində israrlı olacaqlar. Düzdür, Trampın seçkilərdə Senat səviyyəsində üstünlüyü qoruyub saxlaması bir qədər ona yüngüllük gətirir. Ancaq aşağı palatanın bütövlükdə demokratların ixtiyarına keçməsi, Trampın seçkidən dərhal sonra demokratların parlament sistemindəki rəhbərini təbrik etməsi və onunla çox mülayim tonda danışması onu göstərir ki, ABŞ prezidenti rəqib qüvvələrlə həm hesablaşır, həm də bir qədər onlardan çəkinir".

Politoloq qeyd edib ki, ABŞ-da hər şey demokratların fəaliyyətinin ana xəttindən və onların diqqət mərkəzində saxlayacaqları məsələlərin gündəliyindən asılı olacaq:

"Bu, Tramp Administrasiyası, ABŞ siyasətçiləri və siyasi establişment üçün çox böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf seçkilərin nəticələrini səbirsizliklə gözləyirdi. Tramp maksimal dərəcədə səs vermələrdən yararlanmağa və mövqelərini zəifləməməsinə çalışsa da, bu alınmadı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz