Ermənistan tələdə: ABŞ-ı İrəvan yox, İran maraqlandırır

10 ноября 2018 18:01

Day.Az представляет новость на азербайджанском языке

Əgər amerikalılar istəsələr, Azərbaycan və Ermənistana ciddi silah sistemləri sata bilərlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

"Azərbaycanın amerikalıların sistemlərinə bənzər silahları var. Burada ciddi problem odur ki, ABŞ-la hərbi əməkdaşlıq Rusiyada ciddi rezonans doğura bilər. Digər tərəfdən, ABŞ-ın regionun üç ölkəsinə də silah satışı İranla bağlıdır. Hazırda amerikalıları Rusiya yox, İran maraqlandırır. İran Ermənistan üçün çox vacib ticarət tərəfdaşıdır. Ermənistan onunla münasibətlərini pisləşdirə bilməz. Amerikalıları indiki halda maraqlandıran yalnız İrandır. Onlar İranın blokadada olmasında və Ermənistanın İrandan uzaqlaşmasında maraqlıdırlar. Bu, çox çətin situasiyadır. Böyük ehtimalla Rusiya bu siyasətə qarşı olacaq, ona görə ki, Moskva amerikalıların növbəti dəfə onun təsir zonasına daxil olmaq istədiyini düşünür. ABŞ-la Ermənistan arasında hərbi-texniki əlaqə isə Moskvada, eyni zamanda Tehranda çox böyük rezonans doğuracaq. Məncə, Ermənistan hökuməti bu məsələni hansı yolla həll edəcəyini bilmir", - deyə o, bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!