Hamilələr bu antibiotiklərdən istifadə edə bilər

Day.Az представляет новость на азербайджанском языке

Məlumdur ki, hamiləlik dövründə dərman istifadəsi məsləhət görülmür. Ancaq bəzi hallarda hamilələrə antibiotik yazılır. Bu, nə dərəcədə doğrudur? Hansı hallarda hamilələrə antibiotik təyin edilə bilər? AHamilə qadınların antibiotik istifadəsi haqqında çoxlarına məlum olmayan məlumatları təqdim edirik.

Hansı xəstəliklərdə verilməlidir?

Ana namizədlərinin müxtəlif şikayətlərini aradan qaldırmaq və ya bir xəstəliyə tutulduqda müalicə etmək məqsədi ilə hamiləliyə uyğun dərman və xüsusilə antibiotik müalicəsi təyin edilə bilər. Ən sıx rast gəlinən səbəbləri bu cür sıralanır:

Sidik yolu infeksiyaları (sistit, pyelonefrit)
Yuxarı tənəffüs yolu infeksiyaları
Sətəlcəm
Sinüsit
Dəri infeksiyaları
Diş və diş əti infeksiyaları
İshal və s.

Hamiləlik şübhəsi varsa

Əvvəlcə bu əhəmiyyətli məqamı unutmamalıyıq: hamilə qalmağı planlaşdıran qadınlar bunu mütləq həkimə bildirməlidirlər. Eyni zamanda, hamiləlik şübhəsi varsa, bunu da gizlətməməlidirlər. Beləliklə, həkim onlara antibiotik təyin edərsə, hətta hamilə olduqlarını bilmədikləri halda dərmanın körpəyə zərər verməsinin qarşısını almış olarlar. Hamiləlik şübhəsi olduqda isə hamiləliyə qəti zərər verməyən antibiotiklər təyin edilir. Bununla yanaşı, hamiləliyə zərərli antibiotik təyin edilməsi zəruriliyi yaranarsa, əvvəlcə hamiləlik testi edilməlidir.

Bakterial infeksiyaya qarşı

Hamilə qadınlar, xüsusilə, bakterial infeksiyalara qarşı təkbaşına mübarizə apara bilmirlər. Bu, həm də hamiləliyi təhlükə ilə üz-üzə qoyur. Bu halda isə antibiotik istifadəsi qaçılmaz hala gəlir. Lakin bu dərmanları seçdikdə mütləq həkimin nəzarət və razılığı olmalıdır. Seçiləcək antibiotikin hamiləliyə zərər verib-verməyəcəyi dəqiq araşdırılmalıdır. Antibiotikdən istifadə hallarında infeksiyalar artır, vaxtından əvvəl su gəlişi, erkən doğum kimi ana bətnində iltihablar baş verə bilər. Qızdırma da olarsa, infeksiyalar ana bətnindəki körpənin ürək döyüntülərinin sürətlənməsinə və ürəkdə ritm pozuntularına yol aça bilər.

Hansı antibiotiklərin təyini təhlükəsizdir?

Hamiləlikdə istifadə edilən antibiotiklər B qrupa daxildir və bu qrup antibiotiklərlə heyvanlar üzərində aparılan təcrübələr sübut edib ki, onların heç bir təhlükəsi yoxdur. İnsan üzərində təcrübələr də bu qrup antibiotiklərin yan təsiri olmadığını sübut edib. Bir sözlə, B qrup antibiotiklər təhlükəsiz sayılır. Bu antibiotik qrupu ilə hamilələrdə yaranan sətəlcəm, sidik yolları iltihabları (sistit, böyrək iltihabı), sinüsit, diş problemləri, sellülit kimi dəri problemlərini müalicə etmək mümkündür. Hamiləlik dövründə ana namizədlərə zərər verməyən B qrup antibiotiklərə pensilini, sefalosporinler, klindamisin, makrolidler (eritromisin, azitromisin), nitrofurantoin və metranidazol tərkibli dərmanlar daxildir.

"Google"a güvənməyin

"Mən axşam internetdən araşdırdım, bu, beləymiş!", - deyərək həyatınızı riskə atmayın. Həddən çox ehtiyac olmadığı halda istifadə etmək istədiyiniz antibiotik həm ananın, həm də körpənin sağlamlığını risk altına salır. Bu qərar bir gecədə "google"dan baxılaraq veriləcək qədər asandırsa, onda həkimlərə nə ehtiyac var?! Buna görə də internetdən aldığınız məlumatlarla kifayətlənməyin. Xüsusən də hamiləlik kimi həssas dövrlərdə hər bir halda mütləq həkimlə məsləhətləşin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.