Qablaşdırılmış meyvə şirələri ölüm riskini artırır

11 ноября 2018 01:10

Day.Az представляет новость на азербайджанском языке

Şirin suların, o cümlədən qablaşdırılmış meyvə şirələrinin içilməsi 45 yaşdan yuxarı şəxslərdə vaxtından əvvəl ölüm riskini artırır.

Day.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Emori Universitetinin bir qrup mütəxəssisinin araşdırmasında qeyd edilib. Məlumata görə, təcrübə 6 il müddətində 18 minə yaxın könüllü üzərində aparılıb. Müşahidə nəticəsində məlum olub ki, günə orta hesabla bir litr meyvə suyu içən şəxslər ürək xəstəliklərindən iki dəfə daha çox vəfat edib.

Bu müşahidələrdə ürək xəstəliyindən və diabetdən əziyyət çəkən şəxslər iştirak etməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!