"Zirə"nin qapıçısı "Neftçi" ilə matçda ciddi xəsarət alıb

10 ноября 2018 22:43

Day.Az представляет новость на азербайджанском языке

"Zirə" klubunun qapıçısı Anar Nəzirov ciddi xəsarət alıb.

Day.Az "Report"a istinadən bildirir ki, 33 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə matçın 70-ci dəqiqəsində rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşub.

Hadisədən sonra qolkiperin dili qatlanıb. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, xərəklə meydanı tərk edib. Qapıçının yerinə meydana Kamal Bayramov daxil olub. Hər iki klubun azarkeşləri A.Nəzirovu alqışlayıblar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!