Day.Az представляет новость на азербайджанском языке

Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı davam edir.

Day.Az Trend-ə istinadən bildirir ki, çempionatda 80-dən çox ölkədən samboçular iştirak edirlər.

Sambonun 80 illiyi ərəfəsində keçirilən çempionatın ilk günündə 68 kiloqram çəki dərəcəsində çıxış edən Emin Həsənov gümüş medal qazanıb.

Mundialda ölkəmizi 7 samboçu təmsil edir.

Çempionatda nümayəndə heyətimizin tərkibində Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti Ceyhun Məmmədov, Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Cavid Səbzəliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirlər.

Dünya çempionatı həm də ikinci Avropa Oyunlarina lisenziya xalları verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!