Amaliya Pənahovanın heç yerdə yayımlanmayan filmi

Day.Az представляет новость на азербайджанском языке

Noyabrın 8-də dünyasını dəyişən Xalq artisti Amaliya Pənahovanın bir neçə il əvvəl çəkildiyi "Gülüm" filminin kadrları yayımlanıb.

Day.Az publika.az-a istinadən xəbər verir ki, ekran işinin rejissoru Sərxan Kərəmoğlu açıqlamasında bildirib ki, film 2015-ci ildə çəkilib, lakin heç yerdə nümayiş olunmayıb. Rejissor filmi yaxın zamanda tamaşaçılara təqdim etməyi planlaşdırır.

Mərhum aktrisa ekran işində həyat yoldaşı və oğul itkisi yaşamış qadın obrazını canlandırır.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahovanın son rolu isə rejissor Aqil M.Quliyevin "Şaman" filmində olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Amaliya Pənahovanın heç yerdə yayımlanmayan filmi

Amaliya Pənahovanın heç yerdə yayımlanmayan filmi - 1