Avropa alimləri: "Qəhvə şəkərli diabet riskini azaldır"

Day.Az представляет новость на азербайджанском языке

Gündəlik menyumuza daxil etdiyimiz qəhvənin daha bir faydası məlum olub.

Day.Az "ölkə.az"-a istinadən bildirir ki, "EurekAlert" portalında Avropa tədqiqat institutunun yeni araşdırmasının nəticələri dərc edilib. Məlum olub ki, qəhvə şəkərli diabet xəstəliyi riskini 25% azaldır.

Mütəxəssislər qəhvə və şəkər xəstəliyi arasındakı əlaqəyə aid tədqiqatların 30 faizini incələyiblər. Bu tədqiqatlar 1.18 milyon insanın sağlamlıq göstəricilərinə aiddir.

Alimlər məlum ediblər ki, gün ərzində 3-4 fincan qəhvə içən kişi və qadınlarda şəkərli diabet xəstəliyinin yaranma riski 25% azalır. Eyni zamanda kofeinli və kofeinsiz qəhvə bu məsələdə müsbət təsir göstərir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.