Bu gündən məktəblilərin payız tətili başlayıb

Day.Az представляет новость на азербайджанском языке

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb.

Milli.Az xəbər verir ki, tətil noyabrın 21-nə kimi davam edəcək.

Tədris ilinin 5 günlük qış tətili isə 2019-cu ilin yanvarın 27-dən 31-dək olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.