Messi və Poqba Nüsrətin qonağı oldular

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi türkiyəli məşhur aşbaz Nüsrət Gökçənin qonağı olub.

Day.Az report.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ailə üzvləri ilə birgə "Instagram" ulduzu olan aşbazın hazırladığı steyklərin dadına baxıb.

Dubayda Messi ilə görüşən İngiltərə təmsilçisi "Mançester Yunayted"in fransalı yarımmüdafiəçi Pol Poqba da Nüsrətin qonağı olub.

Qeyd edək ki, bunadək bir sıra tanınmış futbolçu türkiyəli aşbazın hazırladığı ət məhsullarını dadıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Messi və Poqba Nüsrətin qonağı oldular