"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatından qazanc əldə edir"

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanın işğalçı siyasəti Azərbaycana bütün sahələrdə, o cümlədən iqtisadi və ekoloji sahələrdə böyük ziyan vurur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti" mövzusunda beynəlxalq konfrans çərçivəsində deyib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlə bağlı hesabat hazırlanıb və Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Onun sözlərinə görə, "AzerGold" tərəfindən başladılan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatı ilə məşğul olan Ermənistan şirkətləri, fiziki və hüquqi şəxsləri, eləcə də xarici şirkətlərin məsuliyyətə cəlb edilməsi prosesi Baş Prokurorluq tərəfindən davam etdiriləcək:

"İşğal olunmuş ərazilərdə əlvan metallar on illərdir ki, hasil olunur. Ermənistan şirkətlərinin çoxmilyonluq gəlirləri qondarma "Dağlıq Qarabağ Respublikası"nda qeydiyyata alınıb. Bu, həm qondarma "DQR", həm də Ermənistan büdcəsinə iri transfertlər etməyə imkan verir".

O əlavə edib ki, işğal olunmuş ərazilərdən əlvan metalların satışından əldə edilən mənfəət hesabına Ermənistan büdcəsinə maliyyə vəsaitləri daxil olur:

"Təbii ki, bunun əsasında Ermənistanın işğalçı siyasəti, Azərbaycana qarşı təcavüzü dayanır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.