Nazirdən 6 ayın hesabatı - “Hələ 1000 nəfər də gənc işçi gətirəcəm”

Day.Az представляет новость на азербайджанском языке

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 1044 vakansiya elan olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, indiyə qədər imtahandan keçən 300 gənc insan işə qəbul edilib:

"Mənim niyyətim burada gənclərdən ibarət ciddi kadr potensialı yaratmaqdır. Hələ 1000 nəfər də gətirəcəm. Sosial işdə cavanların olması vacibdir.
Özüm 6 aydır bu sahədə çalışıram və çətinlikləri görürəm".

 

S. Babayev müavin və müşavirlərindən danışıb: "Müavinlər prezident tərəfindən təyin olunur. İşdən çıxan müavinlər öz sahəsinin peşəkarıdırlar və gələnlərin də elə olacağını gözləyirik.

Müşavirlərim var və onların təcrübəsindən ciddi şəkildə istifadə edirik. Bu, işlək və uğur verən bir sxemdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.