Alimlər yüksək təzyiqi dərmansız salmağın yolunu tapdılar

Day.Az представляет новость на азербайджанском языке

Almaniya və İngiltərə alimləri yeni elmi araşdırmaları nəticəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda yüksək təzyiqin dərmansız aşağı endirilməsinin metodunu aşkarlayıblar.

Belə ki, dəriyə mavi-göy rəngin təsiri oksid azotun artırılması baş verir, bu da təzyiqin enməsinə səbəb olur.
Mavi rəng - ən qısadalğalı diapazona malikdir. Dəriyə təsiri ilə qan damarlarının genişlənməsi, qan dövranının yaxşılaşması baş verir.
 
Day.Az medicina.az-a istinadən bildirir ki, 3 günlük eksperimentdə 14 sağlam gənc kişi iştirak edib. Birinci gün tamam çılpaq iştirakçıları 30 dəqiqə mavi işıqla şüalandırıblar, ikinci gün filtrdən keçirilmiş mavi işıq veriblər.

Təcrübənin sonunda onların arterial təzyiqi, arteriyaları, damarların vəziyyəti, qanda oksit azotun miqdarı ölçülüb.

Nəticədə məlum olub ki, bədən üzərinin cəmi 30 dəqiqə mavi işıqla şüalanması sistolik - yuxarı təzyiqi 8 mm aşağı salıb. Bu da arterial təzyiq dərmanlarının effekti ilə eynidir. Bundan əlavə bu rəng və işıq damarları genişləndirib, bu da ürək-damar və təzyiq problemlərində çox faydalıdır.

Eksperiment müəllifləri arterial təzyiqi olan insanların daha çox mavi rəngdə geyimlər geyinsə, mavi-göy rəngli lampa altında əyləşsə, mavi braslet taxsa və ya mavi örtük salınmış yataqda yatsa, effektiv nəticə ala bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.