Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.