Abşeronda bu kəndə elektrik fasilələrlə veriləcək

Day.Az представляет новость на азербайджанском языке

Məhəmmədi kəndinin elektrik enerjisi təchizatında fasilələr olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunur.

 

Məlumata görə, Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Zabrat - Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabr 2018-ci il tarixindən 23 noyabr 2018-ci il tarixinə qədər kəndin bəzi ərazilərində qısa müddətli fasilələr yaranacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.