Trampdan jurnalistin qətli ilə bağlı gözlənilməz bəyənat

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Haşoqqinin qətli ilə bağlı səs-küyü izafi hesab edirəm.

Milli.Az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Məlumatı Axios portalına Ağ Evdəki mənbələr verib.

Mənbələrin dediklərinə görə, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilən və cəsədi şaqqalanan 59 yaşlı jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı Donald Tramp "səs-küy qaldırmaq istəməyib.

"Prezidentiin fikrincə, baş vermiş hadisənin dünya birliyi üçün önəmi həddən ziyadə şişirdilib. Başqa ölkələr də sərt metodlardan istifadə edirlər. Fəqət, bu qətl çox pis hadisədir", - mənbə deyib.

Tramp köməkçilərindən soruşubmuş: "Axı nə üçün Haşoqqi məsələsində ABŞ hansısa mövqe tutmaldıdır?! Jurnalist ABŞ vətəndaşı olmayıb, qətl də ölkə ərazisində törədilməyib".

C.Haşoqqinin həyatının son anlarının səs yazısını D.Tramp ötən həftə dinləmək istəməmişdi. O, səs yazısında əks olunmuş hadisəni "sərt, qəddar, pis və dəhşətli" adlandırıb.

Bu ayın əvvəlində Türkiyə səudi jurnalistin konsulluqdakı son anlarının səs yazısını ABŞ, Almaniya, Fransa, Britaniya və Səudiyyə Ərəbistanına verib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, qətlin sifarişçisi Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmandır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.