Ovda BƏDBƏXT HADİSƏ! - Ördəyə güllə atdı, dostuna dəydi

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Krasnodar diyarında ördək ovu zamanı ovçulardan biri həmkarını vurub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yanlış açılan atəş nəticəsində həmin şəxs başından ağır yaralanıb.

Ovçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatıyla bağlı araşdırma aparılır.

Atəş açan şəxs saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.