“Eurovision”un rəsmi açılışı oldu - Fidan qırmızı xalçada

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün 16-cı "Junior Eurovision" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Minskdə keçirilən gecədə yarışmanın bütün iştirakçıları iştirak edib. 

Azərbaycanı "I wanna be like you" mahnısı ilə təmsil edəcək Fidan Hüseynova da tədbirə qatılıb. O, qırmızı xalçaya çıxaraq xarici KİV nümayəndələrinin suallarını cavablandırıb. 

Fidan 20 ölkə nümayəndəsinin iştirak etdiyi müsabiqədə 7-ci nömrə altında səhnəyə çıxacaq.   

Xatırladaq ki, yarışma noyabrın 25-də baş tutacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.