"3 aydır maaşımı vermir"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli modelyer Hakan Akkaya haqda maraqlı iddia yayılıb.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, modelyerin sürücüsü Emre Öztürk 3 aydır maaş almadığını deyib:

"Avqust ayında yanında sürücü kimi işə başladım. Onunla ilk dəfə görüşəndə mənə əvvəlki bütün sürücülərinin axmaq olduğunu dedi. 3500 maaşla razılaşdıq.

İşə başladığım gündən ancaq gecələr işləyirəm. Hər gün saat 10-da evinə gedirdim, oyanmağını gözləyirdim. Bir gün 24 dəfə zəng etdim. Telefonu açdı "Gedə bilərsən" dedi.

Sonra bəzi hərəkətlərinə görə işləmək istəmədiyimi dedim. Aradan 70 gün keçdikdən sonra pulumu istədim. Razılaşsa da hələ pulumu verməyib.

Məndən əvvəl 3 sürücü dəyişib. Onlarla da işləyib, amma maaşlarını ödəməyib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.