9 ay öncə vəfat edən xalq artistini tanımadılar: Biri də yazıb ki...

Day.Az представляет новость на азербайджанском языке

Zaur Kamal aparıcısı olduğu proqramda sosial şəbəkədə etdiyi bir paylaşıma diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcı ötən gün İnstaqram hesabından mərhum xalq artisti Zərnigar Ağakişiyeva ilə çəkdiyi selfini "Zaurun anası" şərhi ilə paylaşıb.

O, sosial şəbəkə istifadəçilərinin onun paylaşımına reaksiyasından təəccübünü gizlətməyib:

"Bu şəkili İnstaqram-da paylaşmışam, yazmışam "Zaurun anası". Hamı yazıb ki, "Allah ömür versin, Zaur, sənin anana. Allah can sağlığı versin. Necə də oxşayırsan anana". Biri də altdan yazıb ki, "Səyləriniz qırılsın, o, Zərnigar Ağakişiyevadır""

Qeyd edək ki, bu ilin fevralında dünyasını dəyişən mərhum xalq artisti  "Təhminə" filmində "Zaur"un anası "Zivər" obrazını canlandırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.