Belçikada elə etiraz başladı ki, fövqəladə vəziyyət elan edildi

Day.Az представляет новость на азербайджанском языке

Belçikanın Eno əyalətinin qubernatoru Tommi Leklerk etiraz aksiyaları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, Belçikada sürücülər dizel yanacağına əlavə dəyər vergisinin artırılması ilə bağlı etiraz aksiyaları keçirir.

Bu gün səhər saatlarından etibarən etirazçılar Mons-Brüssel magistral yolunu bağlayıb və yanacaq daşıyan maşını yandırıb.

Etirazçılar xüsusi parlaq jiletər geydiyi üçün, aksiya "sarı jiletlər" adlandırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.