Kabildə nikah sarayında PARTLAYIŞ: 40 ölü

Day.Az представляет новость на азербайджанском языке

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış insan tələfatına səbəb olub.

Trend bildirir ki, insident nikah evində baş verib.

Məlumata görə, nikah sarayında partlayış nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.

Yaralıların dəqiq sayı hələ məlum deyil.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.

Partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.